Peruda Hitler Mussolini adlı şəxs bələdiyyə sədri seçilib

9 Oktyabr 2026 12:04 (UTC+04:00)

Perunun Keropalka şəhərinin yeni meri “Ahora Nación” partiyasının nümayəndəsi Hitler Mussolini Simeon Flores olub.

Bu barədə siyasi birliyin rəsmi saytında məlumat verilib.

Dərc olunan məlumatlara görə, namizəd bələdiyyə seçkilərində seçicilərin 34,54 faizinin səsini qazanaraq qalib gəlib. Səsvermənin nəticələrinə ictimaiyyətin diqqətinin artmasına isə qalibin adı və soyadı səbəb olub.

“Qalib gələcəyi ehtimal olunan namizədin adı Almaniyada nasist rejiminin lideri Adolf Hitlerin və italyan diktatoru, faşizmin qurucusu Benito Mussolininin adları ilə üst-üstə düşür. Onlar İkinci Dünya müharibəsi dövründə Avropa siyasətinin əsas fiqurları olublar”, - deyə “Ahora Nación”un saytında yayımlanan məlumatda qeyd olunub.

Mövsüm,
AzNews.az