Fransua Olland erməni həmkarı ilə Qarabağı müzakirə etdi - Görüş

1 Oktyabr 2013 22:45 (UTC+04:00)
Dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. AzNews.az İTAR TASS-a istinadən xəbər verir ki, Fransa prezidentinin iqamətgahındakı görüşdə "Ermənistanın Avropa İttifaqında münasibətlərinin inkişafının perspektivləri" barədə danışıqlar olub.

"Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll edilməsi üçün danışıqların aparılması" məsələsinə də xüsusi diqqət yetirilib. Prezidentlər həm də bu iki dövlətin ümumi mənafeyinə xidmət edən beynəlxalq problemlərə toxunublar. Suriya krizisi və onun region üçün gözlənə biləcək təsirləri, habelə İranın nüvə proqramı ətrafındakı problemlərə də diqqət çəkilib.

Alı
AzNews.az