Brüsseldə küçə etirazlarında 21 nəfər saxlanılıb

10 Oktyabr 2026 13:38 (UTC+04:00)

Belçikanın paytaxtı Brüsseldə minlərlə işçi və tələbə hökumətin büdcə ixtisarlarına və qənaət tədbirlərinə etiraz olaraq küçələrə çıxıb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, əsas yürüş dinc keçsə də, bəzi ərazilərdə etirazçılarla polis arasında qarşıdurmalar baş verib.

İğtişaşlar zamanı 21 nəfər saxlanılıb.