Ermənistanda hərbçi odlu silah yarasından ölüb

10 Oktyabr 2026 14:06 (UTC+04:00)

Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb.

"Sputnik-Armenia" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.