Aydan Əliyeva “Gedən getsin” adlı yeni mahnısını təqdim edib

10 Oktyabr 2026 23:20 (UTC+04:00)

Bəstəkar və müğənni Aydan Əliyeva “Gedən getsin” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Mahnının sözləri, musiqisi və aranjimanı Aydan Əliyevanın özünə məxsusdur. Vokal yazısı isə Emil Elmanoğlu tərəfindən həyata keçirilib.

Yeni mahnı SM MEDİA şirkətinin dəstəyi ilə bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.

Mahnının dinləyicilər tərəfindən maraqla qarşılanacağı və qısa zamanda populyarlıq qazanacağı gözlənilir.

Aydan Əliyevaya yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.