Suriyada iqtidar-müxalifət dialoqu başladı

2 Oktyabr 2013 07:57 (UTC+04:00)

Azad Suriya Ordusunun iki nümayəndəsi Əsəd hakimiyyətinin yüksək rütbəli məmurları ilə görüşüb.

İngiltərənin "Independent" qəzetinin məlumatına görə, görüş 6 həftə əvvəl baş verib. Görüş zamanı tərəflər arasında müharibəni başa çatdırmaq üçün dialoqun başlanması müzakirə edilib.

İddiaya görə, Azad Suriya Ordusunun yüksək rütbəliləri Suriyanın daxilində dialoqa ehtiyac olduğu qənaətindədir. Buna nail olmaq üçün Əsəd rejimi ilə dialoqa hazır olan ASO dialoq müddətində Bəşər Əsədin hakimiyyətdən əl çəkməsi şərtini irəli sürməyib.


Qəzet iddia edir ki, Əsəd hökuməti dərhal təklifə reaksiya verib. Hökumət nümayəndələri heç bir şərt olmadan dialoqa hazır olduğunu vurğulayıb.

Elnur
AzNews.az