Çexiya Bakının ictimai nəqliyyat sisteminin, o cümlədən metropoliten və tramvay şəbəkəsinin modernləşdirilməsi, eləcə də Orta Dəhlizin təşviqi, Ələtdəki logistika mərkəzinin inkişafı və aviasiya sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sahəsində Azərbaycanla əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçirir.
Aznews.az xəbər verir ki, bunuu Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.