Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

12 Oktyabr 2026 14:11 (UTC+04:00)

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Bakıda Zəfər parkını ziyarət edib.

AzNews.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kamboca Krallığının baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.