Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib

12 Oktyabr 2026 15:20 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb.