56 yaşlı kişi intihar etdi

2 Oktyabr 2013 08:05 (UTC+04:00)
Oktyabrın 1-i axşam saatlarında Quba rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu Aşağı Atuc kənd sakini, 1957-ci il təvəllüdlü Nəsirov Asəf Seyfəl oğlu özünü öldürüb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

AzNews.az