Türkiyənin Antalya vilayətində turistləri daşıyan mikroavtobusun iştirakı ilə baş verən qəza nəticəsində azı 17 sərnişin xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Antalya vilayət administrasiyasının açıqlamasında bildirilib ki, ilkin məlumata görə, mikroavtobusda olan 23 sərnişindən 17-si xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Qəzanın səhər saat 10:30 radələrində Antalya–İsparta avtomobil yolunda baş verdiyi bildirilir. Sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Hadisə yerinə gələn tibb işçiləri yaralılara yardım göstərirlər.
Sürücünün atası olduğunu bildirən Əşrəf Taşçı hadisə ilə bağlı deyib: “Yola dizel yanacağı dağılıb. Atam avtomobili idarə etməyə çalışdı, lakin onun aşmasının qarşısını ala bilmədi”.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Vilayət administrasiyası hadisə ilə bağlı yeni məlumatları ictimaiyyətə çatdıracağını bildirib.
Mövsüm,
AzNews.az