Azərbaycan və Kamboca əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq

12 Oktyabr 2026 16:07 (UTC+04:00)

Azərbaycan və Kamboca əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq.

AzNews.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca Biznes Forumunda deyib.

"Bugünkü müzakirələrimiz həm bizim, həm də kambocalı həmkarlarımız üçün həyata keçirilməsi istiqamətində aydın istiqamətlər və imkanlar yaradır. Artıq müvafiq işçi qrupunun fəaliyyətə başlaması və müvafiq yol xəritəsinin hazırlanması ilə bağlı ilkin razılıq əldə etmişik", - o vurğulayıb.