Kaya Kallas: Ukraynada seçkilər yalnız döyüşlər dayandırıldıqdan sonra keçirilə bilər

12 Oktyabr 2026 16:20 (UTC+04:00)

Ukraynada seçkilərin keçirilməsi yalnız döyüş əməliyyatları dayandırıldıqdan sonra mümkün olacaq.

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Seçkilər keçirmək olmaz. Başa düşdüyümə görə, Ukrayna Prezidenti Volodimir Zelenski də atəşkəs elan ediləcəyi təqdirdə seçkilər keçirməyə hazır olduğunu bildirib”, – deyə Kallasın sözlərini “Avropa Pravda” nəşri sitat gətirib.

Kallas, həmçinin beynəlxalq tərəfdaşların səylərini münaqişənin dayandırılmasına yönəltməli olduğunu vurğulayıb.

Mövsüm,
AzNews.az