Bu ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 173 manat təşkil edib.
AzNews.az xəbər verir ki, ölkədə elə sahələr var ki, bu sahələrdə işləyənlər orta əməkhaqqıdan daha az maaş alır.
Belə sahələrdən biri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsidir. Bu sahədə işləyənlərin orta maaşı 1 157,3 manatdır.
Bundan başqa, emal sənayesində işləyənlərin orta maaşı 1 063,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin orta maaşı 962 manat, istirahət, əyləncə və incəsənət sahəsində işləyənlərin orta maaşı 901,8 manat, təhsil sahəsində işləyənlərin orta maaşı 834 manat, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində işləyənlərin orta maaşı 819,8 manatdır.
Ən az orta maaşı isə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində işləyənlər (797,7 manat), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində işləyənlər (792,1 manat), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində işləyənlər (763,4 manat), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində işləyənlər (749,9 manat) alırlar.