Hindistanda gəlin toydan iki gün sonra bəyi və valideynlərini zəhərləyib

12 Oktyabr 2026 16:41 (UTC+04:00)

Hindistanın Maharaştra ştatında zəhərlənmə hadisəsi nəticəsində bəy və valideynləri xəstəxanaya yerləşdiriliblər. Hadisədə gəlin və daha bir qadından şübhələnilir.

Bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

“Calqaon rayonunun Parola Taluka polisi saxta nikahda iştirak etməkdə, ailə üzvlərini zəhərləməkdə və toydan cəmi iki gün sonra qaçmaqda ittiham olunan iki qadını həbs edib”, – nəşr yazıb.

İstintaqın məlumatına görə, 32 yaşlı Valmik Patil oktyabrın 7-də Suman Sahani ilə evlənib. İki gün sonra gəlin və onun əlbir olduğu iddia edilən qadın axşam yeməyinə zəhər qatıb. Bəy, atası və anası özlərini pis hiss ediblər. Kişinin böyük qardaşının həyat yoldaşı və uşaqları isə hazırlanmış yeməkdən yemədikləri üçün zərər çəkməyiblər.

Hadisədən sonra şübhəli qadınlar avtomobillə kənddən uzaqlaşıblar. Daha sonra onlar qonşu rayonda saxlanılıblar.

Polis nikahı 250 min rupiyə (220 min rubl) təşkil edən vasitəçinin rolunu, eləcə də qadınların saxta nikahlar təşkil edən şəbəkə ilə mümkün əlaqələrini araşdırır.

Mövsüm,

AzNews.az