Abşeron rayonunda oktyabrın 10-da dörd avtomobili yandıran şəxslər tutulub.
AzNews.az xəbər xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Saxlanılanlar arasında hadisənin sifarişçiləri və icraçıları var.
Onlar DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib və tutulublar.
Tutulan şəxslərin adı və hadisənin motivləri hələlik açıqlanmır.
Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.