Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub

13 Oktyabr 2026 11:45 (UTC+04:00)

Oktyabrın 13-də “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub.