Roma Papası XIV Leo ağciyərindəki kiçik törəmənin götürülməsi üçün əməliyyat olunacağı Aqostino Cemelli adına Roma klinikasına yerləşdirilib. Bu barədə oktyabrın 13-də Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
“Messaggero” qəzetinin məlumatına görə, cərrahi müdaxilə minimal invaziv üsulla həyata keçiriləcək. Əməliyyatın elə bu gün baş tutacağı gözlənilir. Bildirilir ki, məlumatların sızmasının və mümkün kiberhücumların qarşısını almaq məqsədilə pontifikin tibbi məlumatları təxəllüs və ya xüsusi hərf-rəqəm kodu ilə qeydə alınacaq.
Papanın sağalmasının təxminən bir həftə çəkəcəyi ehtimal olunur. Bununla əlaqədar Vatikan oktyabrın 20-dək onun iştirakı ilə keçirilməsi nəzərdə tutulan bütün tədbirləri ləğv edib. Bununla belə, XIV Leonun noyabrın əvvəlində Uruqvay, Argentina və Peruya planlaşdırılan səfəri hələ də qüvvədədir.
Qarşıdakı cərrahi müdaxiləyə baxmayaraq, Roma-Katolik Kilsəsinin rəhbərinin səhhətinin yaxşı olduğu bildirilir. Pontifik fiziki fəallığını qoruyur və idmanla məşğul olur.
Mövsüm,
AzNews.az