Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
Sammitin gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizlik, eləcə də AQEM-nın institusional inkişafı məsələləri daxildir.
Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.