Paşinyan: Ermənistan və Azərbaycan arasında sərhədin hər iki tərəfində anklav və eksklav olmamalıdır

14 Oktyabr 2026 09:53 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb.

Aznews.az xəbər verir ki, Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Həmçinin sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır və Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazilərlə dəyişməlidir.