9 ayda proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlanıb

14 Oktyabr 2026 10:41 (UTC+04:00)

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə Aznews.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib.