ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasında öz sələfi Co Baydenin siyasətini günahlandırıb.
“Bilirsiniz, bu münaqişə qismən məhz ona görə başladı ki, Bayden hər yerdə Rusiyanı və digərlərini ələ salırdı, özü isə nə etdiyini heç anlamırdı”, – deyə Tramp “Gray Media”nın müxbiri Con Dekerə müsahibəsində bildirib.
ABŞ lideri əlavə edib ki, 2022-ci ildə Baydenin deyil, onun özünün prezident olması halında bütün bunların qarşısını almaq mümkün olardı.
Mövsüm,
AzNews.az