Hakan Fidan Azərbaycana gəlir

14 Oktyabr 2026 14:24 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.