Ermənistan və Rusiya dəmir yolu ilə bağlı məsələləri həll etmək üçün işçi qrupu yaradacaq

14 Oktyabr 2026 15:07 (UTC+04:00)

Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

AzNews.az xəbər verir ki, görüş barədə Rusiya Dəmir Yolları bəyanat yayıb.

Bildirilib ki, Rusiya Dəmir Yolları Ermənistan hökuməti ilə dialoqa və konsessiya müqaviləsinin effektivliyinin birgə qiymətləndirilməsinə açıqdır.

"Rusiya və Ermənistan Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etməklə tranzit kommunikasiyaların imkanlarını qiymətləndirmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər

Rusiya Dəmir Yolları Ermənistan dəmir yolu üçün konsessiya müqaviləsinin şərtlərinə qətiyyətlə riayət etmək niyyətindədir", - bəyanatda qeyd olunub.