Röya Ayxan: “Tolikə süd vermişəm“

2 Oktyabr 2013 09:17 (UTC+04:00)
Müğənni Röya Ayxan keçmiş prodüseri Tolikə qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan "Onlar" verilişinə açıqlamasında onun haqqında danışanlara ismarış göndərib:

"Heç kim unutmasın ki, üzbəüz gəlirik. Sussunlar. İstər hansısa müğənni, istər yanındakı işçisi, istərsə də süd verdiyim Tolik… Danışıqlarına fikir versinlər. Aylardı susuram, amma görürəm ki, haqqımda çox danışırlar. Efirdə ağızlarına gələni söyləyirlər, zəng vururam ki, bu nə sözdü deyirsən? Deyir mən belə danışmamışam. Kimsə yanımda deyilsə, bunu özünə götürməsin. Hansısa tədbirdə mənlə üz-üzə gələndə deyir ki, canımsan, hər şeyimsən. Səhəri görürəm radioya zəng edib ağzına gələni danışır".

Röya bildirib ki, onun adını çəkənləri şikayət edəcək:

"Mən də bir vətəndaş kimi şikayət yazım ki, bu kimi insanlar adımı çəkməsinlər. Əgər mən nəyisə pis-yaxşı ərsəyə gətirirəmsə, bunu düzgününə müzakirəyə qoysunlar. Acığa yox... Ondansa qoy desinlər ki, 45 minə maşın alıb 90 minə deyir. Mən əziyyət çəkən xanımam. Kimsə mənə maya buraxmayıb, bu günə gətirməyib. Təzə başlayanda fonaqram konsertlər verməmişəm. İndi hər şey edə bilərəm. Çünki etdiyimi etdim".



AzNews.az