Ermənistan Dağlıq Qarabağ ətrafındakı torpaqları satır?

2 Oktyabr 2013 09:20 (UTC+04:00)
Ermənistan Sahibkarlar Birliyinin direktoru Qaqik Makaryan gülünc bəyanatla çıxış edib. O, qondarma Dağlıq Qarabağ respublikası ətrafındakı əraziləri satmağı təklif edib. Onun fikrinə görə bu, Dağlıq Qarabağ bölgəsinin gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq və regiona əlavə maliyyə gətirəcək.

Ondan başlayaq ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərə Azərbaycanın işğal olunmuş 7 rayonu daxildir. Əksər erməni siyasətçilərinin və biznesmenlərinin nəyisə oğurlamaq və sonra özününküləşdirərək satmaq qanında var. Markaryanın sözlərinə görə, bu əraziləri çox yüksək qiymətə satmaq olar. Amma əgər bütün Ermənistanı da satsalar, heç bir pul bu süni yaradılmış erməni dövlətini diz üstə qaldırmağa kömək etməz.

Bu arada, bu gülünc ideya hətta erməni KİV-i tərəfindən də süngülərə tuş gəlib və onlar Markaryana öz evini və doğma kəndini satmaq təklif olunub.

Belə erməni təxribatı dünya ictimaiyyəti bu məsələyə yağlı bir nöqtəni qoymayana qədər davam edəcək. Bütün işğal və qarət olunananlar Azərbaycana geri qaytarılmalıdır. Əks halda bizim ölkəmizə bir çıxış yolu qalır-talan olunmuşları silah gücü ilə qaytarmaq.(anspress)

AzNews.az