Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi CICA-nın VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlib.