Nazpəri - İlhamə davasının növbəti “raundu” başlayır – Məhkəmə çəkişməsi

2 Oktyabr 2013 09:31 (UTC+04:00)
Xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia məhkəməsinin vaxtı məlum olub.

Bir ildən bəri davam edən qalmaqalın əsas səbəbkarları oktyabrın 8-də üz-üzə gələcək.

Bu barədə AzNews.az-a məlumat verən N.Dostəliyevanın vəkili Yunis Vəliyevin sözlərinə görə, işə Yasamal Rayon Məhkəməsində baxılacaq.

Xatırladaq ki, N.Dostəliyeva xalq artisti İlhamə Quliyevadan nə az, nə çox yüz min manat təzminat tələb edir: "Biz İlhamə Quliyevanın ATV telekanalının canlı yayımında işlətdiyi ifadələrə görə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə şikayət vermişik. Amma bizim oktyabrın birinci ongünlüyündə iki məhkəməmiz var. Onlardan biri də oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində olacaq".

Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm" demişdi.

Bahar Rüstəmli
AzNews.az