Husilər Səudiyyə Ərəbistanına hücum etdikləri barədə məlumatı təkzib edib

15 Oktyabr 2026 13:39 (UTC+04:00)

Yəməndəki husilərin qüvvələri cümə axşamı həmin gün Səudiyyə Ərəbistanı ərazisinə heç bir hücum həyata keçirmədiklərini bəyan ediblər. Onlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Mədinə bölgəsi üzərində qanadlı raketin ələ keçirilməsi barədə açıqlamasını təkzib ediblər.

“Yəmən silahlı qüvvələri bu gün Səudiyyə Ərəbistanı ərazisinə qarşı heç bir hücum əməliyyatı həyata keçirmədiklərini təsdiqləyir”, – deyə husilərin hərbi sözçüsü bildirib.

O, Mədinə istiqamətində hücum edilməsi barədə Səudiyyə tərəfinin məlumatını yalan adlandırıb.

Mövsüm,

AzNews.az