Fransada siyasi və iqtisadi böhran dərinləşməkdə davam edir. Ölkədəki gərginlik gündən-günə artır.
Fransada prezident seçkiləri 2027-ci il aprelin 18-də keçiriləcək. “Milli Birlik” (RN) partiyasının lideri Marin Le Pen seçkilərin ən güclü namizədlərindən biri hesab olunur.
Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) 2027-ci il büdcəsi ilə bağlı müzakirələr aparılıb.
Fransalı siyasətçi büdcə müzakirələrindən sonra ölkəsindəki böhranları bir kənara qoyaraq Türkiyəyə qarşı çıxış edib.
Le Pen Avropa İttifaqının Türkiyəyə göstərdiyi dəstəyin və üzvlükdən əvvəl uyğunlaşma siyasətinin dayandırılmasını tələb edib.
Avropanın güclü olması, öz suverenliyini qoruması, sülhü təmin etməsi və sərhədlərini təhlükəsiz vəziyyətdə saxlaması lazım olduğunu bildirən Le Pen mövcud Aİ siyasətlərinin bu məqsədlərə çatmaq üçün yetərli olmadığını iddia edib.
“Güclü Avropa istədilər, lakin zəif Avropa əldə etdik”, – deyən Le Pen ümumavropa siyasətlərinin milli suverenliyi zəiflətdiyini və texnoloji asılılığı artırdığını irəli sürüb.
Fransalı siyasətçi məsələ ilə bağlı fikirlərini belə ifadə edib:
“Üzvlükdən əvvəl həyata keçirilən siyasətlər, Türkiyəyə göstərilən dəstək və inkişaf proqramları dayandırılmalıdır. Bu səlahiyyətlərdən, Avropa daxilində əməkdaşlıq da daxil olmaqla, yalnız suveren dövlətlər istifadə etməlidir”.
Mövsüm,
AzNews.az