Son vaxtlar ölkəmizdə müxtəlif bəhanələrlə cəmiyyətdə narazılıq toxumları səpən xarici maliyyə dəstəkli e-troll şəbəkələri həyata keçirilən daxili və xarici siyasətə kölgə salmağa cəhdlər etməklə sosial müvazinətin silkələnməsinə xüsusi cəhdlər edirlər.
Ölkədə həyata keçirilən köklü sosial rifah yönümlü layihələrin gözdən salınmasına,dövlətin bu yöndə atdığı istənilən addıma qarşı çirkin kampaniyalara başlanması aşağıdakı istiqamətlərə xüsusi ilə yönəlir:
-həssas təbəqənin,xüsusilə şəhid ailələri və qazilərin hüquqlarını qorumaq adı ilə;
-dini kəsimin hüquqlarının məhdudlaşdırılmasına qarşı çağırışlarla;
-kortəbii demoqrafik məskunlaşmaların doğurduğu müvəqqəti işsizlərin maraqlarını qorumaq adı ilə;
-dövlət ümumtəsil məktəbləri, orada tədris-tərbiyə işlərinin vəziyyəti,pedaqoji heyətin ,xüsusi ilə məktəblilərin geyim tərzi ilə bağlı yerli-yersiz şosial şəbəkələrdə əsassız informasiyaları körükləməklə;
-dövlət idarələrinə işə qəbulun elekton formatına baxmayaraq bu idarələrdə rüşvət,əqrəbaçılıq kimi epitetlərlə inamsızlıq toxumları səpməklə;
-ikinci Qarabağ savaşında əldə edilmiş qələbəmizin xalqın,Ordunun və Ali Rəhbər birliyinin gözdən salınması məqsədi ilə kənar qüvvəlrin rolunun şişirdilməsi ilə;
-Kiçik və orta yaşlı məktəblilərin geyim forması ilə süni şəkildə körüklənən və daxili sabitliyin gərginləşməsinə yönəlik çağırışların daha çox xaricdəki uğursuz sosial kəsimlərin ,-trolların daxilə hesablanmış kampaniyası olmaqla bərabər,həm də ölkəmizin regional və beynəlxalq nüfuzunu gözü götürməyən siyasi opponentlərin də xüsusi fəallığını qeyd etməliyik.
Daxili və xarici siyasətimizə çamur atmaqla olkələrindəki sistem böhranından xalqlarını yayındırmaq üçün istifadə edən İran,Rusiya,qismən də Türkiyənin bəlli çevrələri kiçikyaşlı məktəblilərin baş örtüsünün geyim formalsrı ilə uzlaşdırılmasına dair hökumət qərarına spontan şəkildə kükrəmələri,hətta bəzi diplomatik qanunların üzərinə keçilməsi cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə rədd edilmişdir.
Bu məsələdə gözləmədiyimiz hadisə qardaş Türkiyənin bəlli qurumlarının rəsmi şəxslərinin daxil hadisəmizə kəskin mənfi reaksiyası oldu.
Əslində bu,son zamanlarda Türkiyə siyasi spektrinə hakim kəsilmiş tendensiyanın nəticəsidir.İndi orada keçmiş Osmanlıçı klerikal siyasi oriyentasiya tərəfdarları ilə Atatürkçü sol siyasi xəttin müdafiəçilərinin siyasi sistem üzərindən kəskin ideoloji mübarizəsi ilə bağlıdır. Məhz bəzi rəsmi və qeyri rəsmi dinçi çevrələrin bizin hökumətin qərarına kəskin reaksiyası ilə müşahidə edilən antiazərbaycan təbliğatı inflyasiya içində boğulan həm daxili auditoriyayanı sakitləşdirmək,həm də qonşu İrandan Türkiyəyə gələn kəskin məzhəbçi təhdidləriyumşaltmaq məqsədi daşıyır.
İrandan gələn radikal siyasal şiyəçiliyin qarşısına çıxmaq üçün Cənubdakı azərbaycanlı qardaşlarımızın hak və hüquqlarını kəskin müdafiə kampaniyasına rəsmi olaraq başlamaq zorundayıq.Daxilə hesablanmış təhdidlərin iç üzünü açmaqla onlara qarşı ideoloji hücuma da xüsusi fikir verməliyik.Hər bir səbrin hüdudu var.
Türkiyəyə gəldikdə isə məsələ başqadır. Hər şeydən öncə, ölkələrarası əlaqələrimizin əsasları”bir millət iki dövlət” doktrinası ilə şəkillənmişdir.Bu isə bir-iki illik zəhmətin yox, uzunillik tarixi mirasın və ölkələrimiz arasındakı sarsılmaz qardaşlığın çoxqatlı təməllərinə soykənir.Zaman-zaman yaşanmış və yaşanacaq
ötəri uyuşmazlıqların üzərində dayanan çoxqatlı pərçimlənmiş strateji müttəfiqlik nəhayət,Türk DövlətləriTəşkilatı formatında modern regional qurumdan beynəlxalq gücə doğru irəliləyir.
Son vaxtlar üzümüzü həm də Cənubi Asiyaya tutmaqla burada dost olkələrlə qurduğumuz qlobal əməkdaşlıq layihələrinin coğrafi-iqtisadi miqyasını genişlətməklə, Orta Gücə çevrilməyimiz də çox ciddi addımlar olaraq dəyərləndirilir. Bu proses bütün miqyası ilə bəlli çevrələr tərəfindən həssaslıqla izlənir. Son vaxtlar ölkələrimiz arasındakı sərinlik məhz bu baxımdan qonşu İranın uğursuz sistem böhranı yaşaması üzündən beynəlxalq birliyin təzyiqləri ilə qarşılaşması kontekstində Türk Dövlətləri Təşkilatının uğurlarına kin-küdurətlə yanaşması ilə də müşayiət olunur.Bizləri radikal məzhəbi axınlar üzərindən qarşı-qarşıya qoymaq siyasətinin kökü türk qövmünün uğurlarına qısqanclıqdan qaynaqlanmaqla Həsən Sabbahçıların Xəlvətiyyə hərəkatının simasında əski irançı xəttin dəbərməsindən başqa bir şey deyildir.
Amma ölkələrimizin birgə təməllərinə söykənən etnik bağlar,uğurla davam edən Azərbaycançılıq ideologiyası bu çür təxribatları dəf etməklə bərabər , həm də cəmiyyətimizə, dini-məzhəbi dəyərlərimizə yonəlik təhdidlərinin də qarşısını alır.Bu baxımdan daxili siyasətdə əldə etdiyimiz uğurları ideoloji təməllər üzərindən qətiyyətlə möhkəmləndirməkdə davam etməliyik.Bu,təkcə bu gün üçün əhəmiyyətli deyildir. Ölkəmizin gələcək uğurları daha çox dövlət-cəmiyyət-ailə institutlarının sosial-iqtisadi və ictimai-humanitar təməllərinin
rəqabətqabiliyyətli dayanıqlığını təmin etməyimizdən asılı olacaqdır.Bir tərəfdən artan təhdidlər qarşısında mili iradə,dövlətin gücü və qətiyyəti həm də mütəvazi daxili və xarici siyasətin uğurla kordinasiya edilməsindən keçir.
Digər tərəfdən də son illər uğurlu sosial-iqtisadi layihələrin tətbiqi ilə Orta gücə çevrilməmiz bizdə ideoloji təbliğat işində özümüzdən müştəbehliyə aparan bir arxayınçılıq yaratmışdır.Sanki ölkəni idarəetmənin məsuliyyəti təkcə Ali Rəhbərə aiddir,bizim yüksək çinli məmur təbəqələrimizin vəzifələri isə şəxsi rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Bu arxayınçılıq məkrli qonşularımız üçün əla fürsətə çevrildi.
İndi əsas vəzifələrimiz əldə etdiyimiz daxili sabitliyi qorumaq,sosial-iqrisadi layihəlrin təşvirinə üstünlük verməklə bütün təbəqələrlə sağlam münasibətlərin təməlini təşkil edən Azərbaycançılıq ideologiyası üzərində köklənməsi ilə elm,təhsil,səhiyyə,çoxqatlı sosial təsisatlar və ərazi idarəetmə strukturlarının ahəngdar fəallığını təmin etməkdir.
Həsən Bayramov
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü
İcmanın Binəqədi rayon Nümayəndəsi
Pedaqogika elmləri doktoru