Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyuq olmayıb

15 Oktyabr 2026 17:17 (UTC+04:00)

Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyuq olmayıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyuq olmayıb, heç nə dəyişməyib. Diplomatik sahədə və ya birgə gündəlikdə müəyyən fikir ayrılıqları yaransa belə, İrəvan Rusiyaya münasibətini dəyişməyib”, – deyə Paşinyanın sözlərini “Sputnik Ermənistan” agentliyi “Telegram” kanalında yayımlayıb.

Baş nazir əlavə edib ki, Ermənistan yeni atom elektrik stansiyasının tikintisi üçün ən əlverişli əməkdaşlıq variantını axtarır və hazırda təkcə Moskvanın təklifləri nəzərdən keçirilmir.

Paşinyan dəmir yolu sahəsində əməkdaşlıq məsələsində də rusiyalı tərəfdaşlarla işləməyə hazır olduğunu bildirib.

Mövsüm,

AzNews.az