Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir

16 Oktyabr 2026 10:35 (UTC+04:00)

Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumu başlayıb.

Aznews.az xəbər verir ki, tədbir Azərbaycanla Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.

Forumda hər iki tərəfdən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsi iştirak edir.