Baloğlan Əşrəfov üzr istədi

2 Oktyabr 2013 11:24 (UTC+04:00)
Baloğlan Əşrəfov canlı yayımda üzr istəyib. Anspress-in məlumatına görə, əməkdar artist ANS telekanalında yayımlanan "Günə baxan" verilişində bir neçə gün əvvəl dediyi sözlərə görə, müğənni hamıdan dolayısı ilə üzr istəyib.

Qeyd edək ki, Baloğlan Əşrəfov bir qədər əvvəl sözügedən verilişdə qonaq olarkən dediyi "Muğam ifaçısı geyimini bilir. Estrada müğənnisi isə səhnədə tullanıb düşür, sənətinə uyğun geyinmir" sözləri mübahisəyə səbəb olmuşdu.

Bu gün söz söhbətə aydınlıq gətirmək üçün gənc müğənni Səidə Sultan və Baloğlan Əşrəfov yenidən qonaq qismində verlişə dəvət olunub. Baloğlan Əşrəfov yaşanan qalmaqala görə, medianı günahkar bilib: "Azərbaycan mətbuatı hər şeyə çox tez reaksiya verir. Biz verilişdə ola-ola artıq media yazmağa başlamışdı".

Baloğlan Əşrəfov daha sonra üzünü Səidə Sultana tutaraq "Əgər o sözü işlətmişəmsə, kiminsə xətrinə dəyibsə üzr istəyirəm", - deyə bildirib.


AzNews.az