“Onlar Rusiya üçün böyük problemdir”- Abbas Abbasov

2 Oktyabr 2013 11:27 (UTC+04:00)
"Miqrantların çətin əmək və yaşayış şəraitində yalnız Rusiya deyil, həm də vətəndaşının başqa ölkənin ərazisində işləməsi və yaşaması üçün lazımi şəraiti yaratmadan göndərən ölkələr də günahkardır".

Modern.az bildirir ki, bu sözləri AZERROS-un rəsmi saytına müsahibəsində Rusiya Xalqları Assambleyasının sədrinin müavini, Rusiya Azərbaycanlı Təşkilatları İttifqaının prezidenti Abbas Abbasov deyib.

"Ölkələr Rusiya Federal Miqrasiya Xidməti ilə düzgün münasibətlər qurmalıdır"

Onun sözlərinə görə, buna görə donor ölkələr Rusiya Federal Miqrasiya Xidməti ilə düzgün münasibətlər qurmalıdır.

"Mən bu münasibətlərin qurulması üçün metodoloji, instruktib amma ilk növbədə qanunverici bazanın yaradılmasını nəzərdə tuturam. Əlbəttə bugün miqrasiya proseslərinə iştirak edən hər bir dövlətin miqrasiya sferası da daxil olmaqla öz milli qanunvericiliyi var. Məsələ mövcud problemlərin həlli üçün ümumi baxışın formalaşdırılmasıdır. Məhz Rusiya rahat yaşamaq və uğurlu fəaliyyət göstərmək istəyən insanları özünə qəbul edir"-deyə A.Abbasov vurğulayıb.

"AZERROS"un Ağsaqqallar Şurasının sədri qeyd edib ki, Rusiya Federasiyası bütün dünya dövlətləri ilə, ən azından bugünkü gün üçün MDB ölkələri ilə miqrasiya sahəsində əməkdaşlıq müqaviləsi bağlamaqda maraqlıdır. Belə müqavilə miqrasiya axınlarını requlirasiya etməyə, mövcud qanunvericiliyi təkminləşdirməyə imkan verir.

"Miqrantların işləri üzrə xüsusi müvəkkil institutu yaradılmalıdır"

Abbasov həmçinin miqrantların işləri üzrə xüsusi müvəkkil institunun yaradılmasını təklif edib. "Mən miqrantlarla bağlı institutun və ya prezident yanında nümayəndənin yaradılması mexanizmini təklif edirəm. Hesab edirəm ki, günümüzdə Rusiya dövləti üçün bu həyati önəmə malikdir. Həm də hesab edirəm ki, bu məsələyə ölkə rəhbəri səviyyəsində baxılmalıdır. Çünki il-ildən miqrasiya axını güclənəcək. Əgər bugün əmək miqrantları qonşu ölkələrdəndirsə, sabah Afrika, Cənubi-Şərqi Asiya və Yaxın Şərqdəki proseslərdən uzaqlaşan qaçqınlar ola bilər. Biz qloballaşma prosesinin qarşısını ala bilmərik. Sərhədləri bağlasaq da, tədbirləri gücləndirsək də biz heç nəyə nail ola bilməyəcəyik, əksinə bu tədbirlər müqavimətlə üzləşəcək. Və bu yaxşı hal deyil".

O vurğulayıb ki, başqa ölkənin vətəndaşı əsassız olaraq digər ölkənin ərazisində yaşaya bilməz. "Bütün hədəf və məqsədlərdə bundadır. Mən deyirəm: bu prosesə vətəndaş cəmiyyəti institutlarını, diaspora təşkilatlarını aktiv qoşmaq lazımdır. Bizə miqrantlarla təmasda Rusiya Federal Miqrasiya Xidməti ilə birlikdə yeni kreativ forma və metodlardan istifadə emtək lazımdır. Bu tədbirlər yaşadığımız və çalışdığımız Rusiya üçün hava-su kimi lazımdır".

"Qeyri-leqal miqrant yoxdur"

A.Abbasov rus KİV-lərində işlədilən "qanunsuz miqrant" termininə etiraz edib.

"Qanunsuz miqrant" termini həmin kateqoriyadan olan insanların statusları ilə üst-üstə düşmür. Qeyri-leqal miqrant yoxdur. Bu insanlar dövlətlərin sərhədlərini gömrük yoxlamasından sonra qanuni şəkildə keçiblər. Lakin onların çoxu qanunsuz yolla əmək fəaliyyəti ilə məşğul olmağa məcbur olub. Biz isə onların boynuna qeyri-leqal yarlığı qoyuruq. Çoxlarının qeydiyyatının, daimi iş yerinin olmaması və bunun üçün müvafiq icazəni almaq hüququnun yoxluğu onları təqib olunanlara çevirir. Məhz onlar Rusiya üçün böyük problemdirlər".

O bildirib ki, hər bir dövlətin ölkəyə girib-çıxan insanlar barəsində, hansı məqsədlə ölkəyə gəlməsi, yaşayış yeri və s. barədə aydın statistik məlumatlar olmalıdır. "Günümüzdə belə mexanizmlərin təkminləşdirilməsi ilə yanaşı, miqrasiya proseslərinin tənzimlənməsi əsas məqsədlərdən biridir".

AzNews.az