Nazir 60 sakinin müraciətini dinlədi- Foto

2 Oktyabr 2013 11:31 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə Hüseyn Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 60-a yaxın sakinin müraciətinə baxılıb.

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağli şikayət və təkliflər dinlənilib.

Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, eyni zamanda aidiyyəti qurumlara çatdırılması üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.

Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə nazirliyin aidiyyatı qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Elnarə
AzNews.az