57 yaşlı qadın intihara cəhd etdi

2 Oktyabr 2013 11:38 (UTC+04:00)
Zaqatalada 57 yaşlı qadın intihara cəhd edib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Əlibayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Gülbahar Camal qızı Əliyeva bu gün səhər saatlarından qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyəti ağır qiymətləndirilir.

Xəstəxanadan həmçinin bildirilib ki, G. Əliyeva özü-özünə bıçaqla xəsarət yetirib. O, əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az