Anarın işçisinin hüzrünə getməməsinin səbəbi bilindi

2 Oktyabr 2013 12:05 (UTC+04:00)

Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu dünən Xırdalan qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində iştirak edən şair və yazıçıların arasında Yazıçılar Birliyinin sədri Anar Rzayevin iştirak etməməsi mətbuatın və qələm əhlinin diqqətindən yayınmayıb.

Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca AzNews.az-a açıqlamasında birlik sədrinin hazırda Türkiyədə olduğunu dedi: "Anar müəllim Türkiyədədir. O, Ədalət Əsgəroğlunun ölümünə üzülüb və oradan onun ailəsinə baş sağlığı verib. Anar müəllim oktyabrın 6-da Bakıda olacaq".

Xatırladaq ki, Ə.Əsgəroğlu oktyabrın 1-də gecə saatlarına ağır insult keçirib və onu həyata qaytarmaq mümkün olmayıb.

Bahar Rüstəmli
AzNews.az