Hindistan prezidentinin tarixi səfəri

2 Oktyabr 2013 13:56 (UTC+04:00)
Hindistan prezidenti Pranab Kumar Mukherci 5-7 oktyabrda Türkiyəyə rəsmi səfər edəcək.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçikaya səfərindən dərhal sonra bu ölkəyə gələcək Pranab Kumar Mukherci bu günə qədər Türkiyəyə səfər edən 3-cü Hindistan prezidenti olaraq tarixə düşəcək.

Xatırladaq ki, bundan əvvəlki ziyarətlər 1993 və 1998 illərdə gerçəkləşib. Mukhercini parlament üzvlərinin də daxil olduğu böyük bir heyət müşayiət edəcək.

Elcan
AzNews.az