Fuad Muradov Azərbaycanla bağlı müzakirəyə qatılacaq
2 Oktyabr 2013 14:30 (UTC+04:00)
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.
AzNews.az bildirir ki, deputat oktyabrın 3-də Avropa Parlamentinin "Avropa Birliyi-Azərbaycan münasibətləri üçün fəaliyyət yolları- Gələcəyə baxış" mövzusunda təşkil etdiyi müzakirələrdə iştirak edəcək. Deputatın Avropa Parlamentində bir sıra görüşləri planlaşdırılıb.
AzNews.az