Serj Sərkisyan Səməd Seyidovla dalaşdı- Qalmaqal

2 Oktyabr 2013 14:32 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclasında qurum üzvlərinin suallarını cavablandıran Ermənistan prezidenti Serj Sərkisyanla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında qalmaqal yaşanıb.

Modern.az saytı xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serj Sərkisyana sual verərkən ona Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyini xatırladıb və deyib ki, bu azmış kimi ermənilər Türkiyə və Gürcüstan ərazilərinə də iddia edirlər.

Səməd Seyidovun sualı Serj Sərkisyanı əsəbləşdirib. Ermənistan prezidenti Səməd Seyidovun sualına cavab olaraq bildirib ki, Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Gürcüstanın Çavxateya bölgəsinə iddiası ilə bağlı məsələyə bildirən Sərkisyan bunu "ilk dəfə eşitdiyini", iki qədim və dost xalq arasında danışıqlarla həll edilməyəcək məsələnin olmadığını bildirib.

Bundan əlavə, Sərkisyan deyib ki, "Ermənistan Dağlıq Qarabağın qarantıdır və Azərbaycanın Dağlıq Qarabağla müharibə elan edəcəyi təqdirdə Ermənitan bütün resurları ilə onu müdafiə edəcək".

Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edilməsi faktına münasibət bildirərkən isə işğalçı dövlətin başçısı həyasızcasına deyib ki, Azərbaycanın torpaqlarını ermənilər işğal etməyib.

"Azərbaycan müharibə ilə bağlı fikirlər səsləndirməkdən vaz keçsin. Yeni müharibə olarsa, Azərbaycanın dediyi 20 faiz deyil, 25 faiz və hətta artığı da işğal ediləcək" deyə Sərkisyan həyazıscasına nitqini başa vurub.


AzNews.az