Dünya çempionatına gedəcək boksçularımız- Siyahı

2 Oktyabr 2013 14:47 (UTC+04:00)
Qazaxıstanda keçiriləcək boks üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, iyunda Belarusda təşkil olunan Avropa çempionatından fərqli bu dəfə heyətdə 3 dəyişiklik edilib.

56 kq çəki dərəcəsində karyerasını başa vuran Samir Məmmədovu Cavid Çələbiyev əvəzləyib. 2012-ci ildə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Pərviz Bağırov da Almatıda rinqə çıxacaq. O, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib. Ailəsində baş vermiş faciə səbəbindən Avropa çempionatında iştirak etməyən Sultan Migitinov (75 kq) mundialda öz bacarığını gəstərməyə çalışacaq.

Baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayev
heyət aşağıdakı heyətə güvənəcək:

49 kq – Salman Əlizadə - 2011-ci ilin Avropa çempionu (AÇ) , 2013-cü il AÇ-nin bürünc mükafatçısı
52 kq – Elvin Məmişzadə - 2010-cu il AÇ-nin gümüş, 2013-cü il AÇ-nin bürünc mükafatçısı
56 kq – Cavid Çələbiyev
60 kq – Elvin İsayev
64 kq – Heybətulla Hacəliyev – 2011-ci il AÇ-nin bürünc mükafatçısı
69 kq – Pərviz Bağırov
75 kq – Sultan Migitinov
81 kq – Rauf Rəhimov
91 kq – Teymur Məmmədov – 2011-ci ilin Avropa çempionu, 2013-cü il AÇ-nin gümüş mükafatçısı. 2011-ci il DÇ-nin gümüş mükafatçısı. 2012-ci il Olimpiya oyunlarının bürünc mükafatçısı
+91 kq – Məhəmmədrəsul Məcidov – 2011-ci ilin dünya çempionu. 2013-cü ilin Avropa çempionu. 2012-ci ilin Olimpiya oyunlarının bürünc mükafatçısı

Dünya çempionatının döyüşləri oktyabrın 14-dən 26-a kimi Almatıdakı Boluan Şolak İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, milli komandamız hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışındadır.

AzNews.az