“Günəşli“ yatağındakı quyu istismara verildi

2 Oktyabr 2013 16:20 (UTC+04:00)
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə "Günəşli" yatağındakı 14-cü özüldən 259 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən 2967-2953 metr intervaldan sutkada 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

AzNews.az