Tanınmiş yazıçı Tom Klensi vəfat etdi

2 Oktyabr 2013 20:39 (UTC+04:00)
AzNews.az "INTERFAKS"a istinadən bildirir ki, ABŞ-ın Baltimor şəhərinin xəstəxanalarından birində tanınmış yazıçı Tom Klensi 66 yaşında vəfat edib.Qeyd edək ki, o, texnotriller janrında bənzərsiz əsərlər yazırdı, yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi.
"Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanin qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb.

Alı
AzNews.az