9 nəfərin yanmış cəsədi tapıldı
2 Oktyabr 2013 21:16 (UTC+04:00)
Keniyanın paytaxtı Nayrobidə ticarət mərkəzində sentyabrın 21-də törədilən partlayışda həlak olan 9 nəfərin cəsədi tapılıb. Rusiya mətbuatının məlumatına görə, terror aktı nəticəsində baş verən yanğın cəsədləri tanınmaz hala salıb.
Qeyd edək ki, terror aktını Somalidən olan "Əs-Şabab" qruplaşmasının üzvləri törədib. Terror nəticəsində 67 nəfər həlak olub, 200 nəfər yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb. Onlardan 3 nəfəri sorğudan sonra sərbəst buraxılıb.
Elnur
AzNews.az