Prezident xanımı istefa verdi

3 Oktyabr 2013 07:20 (UTC+04:00)

İraq prezidenti Cəlal Talibaninin xanımı Heroxan Talibani ərinin rəhbərlik etdiyi partiyadan istefa verib.

Xanımın istefasina səbəb Cəlal Talibaninin lideri olduğu İraq Kürdüstan Yurdsevərlər Birliyinin parlament seçkilərində ancaq üçüncü yerlə kifayətlənməsi olub. Seçkidəki bu böyük məğlubiyyətin ardınca xanım Talibaninin bu qərarı bəzi dairələrdə narazılıqla qarşılanıb.

Ötən ilin sonundan etibarən Almaniyada müalicə olunduğu üçün İraqa qayıda bilməyən Talibaninin yerinə həyat yoldaşı Heroxan Talibani seçki təbliğatını aparmışdı. Son illərdə daha çox qadın və uşaqlarla bağlı fəaliyyət göstərən xanım Talibani istefasi şok effekti yaradıb.

Elnur
AzNews.az