Rusiya səfirliyinə hücum: 1 ölü, 4 yaralı

3 Oktyabr 2013 07:50 (UTC+04:00)

Rusiyanın Liviyadakı səfirliyinə hücum edilib. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri hücümün qarşısını alıb. Nəticədə silahlılardan biri öldürülüb, daha 4 nəfər isə yaralanıb.

Liviya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlılar binaya atəş açıb və səfirliyin maşınını yandırıblar.

Qeyd edək ki, bundan əvvəl də bir qrup silahli şəxs Rusiya konsulluğunun ərazisinə daxil olmağa cəhd edib. 10 nəfərlik qrupun hücumunun qarşısı alınıb.

Elnur
AzNews.az