Əli Abbasov vətəndaşlarla görüşəcək

3 Oktyabr 2013 09:35 (UTC+04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oktyabrın 4-də Biləsuvar rayonunda Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəbrayıl rayonlarının vətəndaşları üçün qəbul keçirəcək.

RİTN-dən verilən məlumata görə, saat 11:00-da keçiriləcək görüş bu regionda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı olacaq.

Vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaq xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

AzNews.az