Azəri Sibel Cana Türkiyədən dəvət gəlib

3 Oktyabr 2013 10:33 (UTC+04:00)
Bir çox nüfuzlu müsabiqələrin laureatı Cəvahir Abdulova yeni layihə üzərində işləyir. O, repertuarına Eldar Mansurov, Faiq Sücəddinov kimi bəstəkarların əsərlərini daxil edib.

Cəvahir Abdulaova AzNews.az-a açıqlamasında ifasının Rusiya və Türkiyədə dinlənildiyini və türkiyəli müğənni Kıracdan dəvət aldığını bildirib: "Tədbirlərin birində məndən sonra səhnəyə Kırac çıxdı. İfasını bitirəndən sonra səsimi bəyəndiyini söylədi. Səhnə arxası komandası ilə birgə ayaqüstü söhbətimiz oldu. Kırac əməkdaşlığa hazır idi. Daha sonra müğənninin meneceri, məhşur teleaparıcı Bahri bəy və bir neçə adam qaldığımız otelə gəldi və oturub söhbət etdik. Meneceri Kıracın təklifi söylədi. Onlar həm səs, həm də simaca Sibel Cana bənzədiyimi bildirməklə, məni Azəri Sibel Can adı ilə Türkiyədə tanıtmaq istədiklərini, müqavilə bağlamağımı istədilər. Əslində, bir sənətçi kimi bu təklif ürəyimcə olub. Amma valideynlərimin xeyir-duası olmadan qərar verməkdə çətinlik çəkirdim. Ona görə də onlardan bir qədər zaman istəmişəm".

Sibel Cana bənzədilməsinə münasibətini açqlayan müğənni "Sibel Cana bənzəmək gözəldir. Bunu Türkiyə və Azərbaycanda, həm sənət dostlarım, həm məni tanıyan və tanımayanlar da deyir. Hətta İrana müalicə məqdəsi ilə gedəndə də məni Sibel Can bilmişdilər. Nə qədər inandırmağa çalışsam da, bunu gizlətdiyimi zənn edirdilər" deyə vurğulayıb.

Bahar
AzNews.az