“Böyük İpək Yolu” mükafatlandırıldı- Foto

3 Oktyabr 2013 11:32 (UTC+04:00)
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə "ən yaxşı layihə" mükafatını alıb.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Altı kateqoriya üzrə elan olunmuş müsabiqədə "Böyük İpək Yolu" BGT-nin 2013-cü ilin aprelində Bakıda keçirdiyi "Gənc Şairələrin Beynəlxaq Forumu" layihəsi

mədəniyyət üzrə ən yaxşı mükafata layiq görülüb. Bununla bağlı dünən Lublin şəhərində ən yaxşı layihə müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin diplomu təşkilatın baş katibi Aydan Kərimliyə təqdim olunub.

44 layihə arasından seçilən qaliblər arasında Belorus, Gürcüstan, Ermənistan və Moldovanın da layihələri olub.

Şərqi Avropa Təşəbbüsləri Konqresi 1-3 oktyabr tarixlərində keçirilir.

3 gün ərzində davam edən konqresdə mütəlif mövzular üzrə müzakirə aparılacaq. "Gənclərarası mübadiləyə həsr olunmuş panel müzakirə "Böyük İpək Yolu" BGT-nin baş katibi tərəfindən təşkil olunacaq.

"Böyük İpək Yolu" BGT 2012-ci ildə tarixi ipək yolu üzərndə yerləşmiş 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis olunub. Təşkilat ipək yolu üzərində yerləşən ölkəlrin gəncləri arasında mədəni əmkdaşlıq əlaqələrini yaradılamsını prioritet olaraq qarşısna qoyub.

AzNews.az